Tuesday, September 24, 2013

islahat istəyən yalnız bizik

Hökumətin təbliğatında təlqin olunanların ziddinə, xalq üçün islahat istəyən yalnız bizik.

Azərbaycanda iş niyə yoxa çıxıb?

Əmək bazarına daxil işsiz reinteqrasiya və sosial müdafiəsi milli proqramların olmaması üçün azerbaycan proqramlarının səbəb oldu. Bu səviyyədə, nəhəng son keçmişlə müqayisədə baxmayaraq, lakin, bir real şəkil təmin edir.

Hakimiyyət xarici dayaqlarını itirdiyindən panikadadır

“Vəziyyətin dəyişəcəyi heç kim üçün sirr olmamalıdır”

Onlara qarşı ictimai asayişi pozmaq ittihamı irəli sürülüb

Daha iki müxalifətçi - Müsavat Partiyasından Əhəd Məmmədli və AXCP-dən Şahin Həsənli qanunsuz döyüş sursatı saxlamaqda ittiham olunur.

Saturday, September 21, 2013

Avropa Məhkəməsinə edilən şikayətləri “Azərpoçt” “itirir”

 05 dekabr 2012-ci ildə Milli Məclisə və deputat Elmira Axundovaya müraciətimi geri qaytarmalari ilə insanı əlil-vətəndaş huququmun pozulması və yerli məhkəmələrin də məhkəmə müdafiəsi huququma qadağa qoyan qərarlarından Fransaya - Avropa Insan Huquqları Məhkəməsinə (AIHM) Mərkəzi poçt vasitəsilə xəbərnaməli şikayət məktubu göndərmişəm.

Tuesday, September 17, 2013

İnternet məhdudiyyətləri prezident seçkiləri ilə bağlıdır.

məlumatına əsasən,  Qax, Zaqatala və Balakən rayonlarında internet  kəsilib.Əvvəllər bəzi internet klublar lisenziya bəhanəsi ilə bağlanır, bəzi proqramların istifadəsinə məhdudiyyətlər qoyulurdu.
rayonlarının əksər təşkilat və müəssisələrində, xüsusən bank əməliyyatlarında məhdudiyyətlərin yaranmasına səbəb olub.

YOX ! OTUR EVDƏ, BİZ ÖZÜMÜZ DOLDURARİQ !


Sunday, September 15, 2013

Diktatorların oxşar və fərqli cəhətləri

Ölkə boyu heykəlləri və portretləriylə Heydər Əliyev bəzi diktatorları qabaqlayır
Tarix boyu bəzi dövlət rəhbərləri özlərinə xüsusi münasibət tələb edirdi.Qədim dövrlərdə mütləq monarxiyalarda imperator, kral, sultanlar bəzən ilahiləşdirilirdi.Müasir dövrdə də diktatorların şəxsiyyətinə pərəstiş ənənəsi aradan qalxmayıb.Bəzi dövlətlərdə hakimiyyətin atadan oğula keçməsi bütöv bir ailəyə pərəstişə gətirib çıxarır.
20 ildir Azərbaycanda mövcud quruluş da digər diktaturalardan fərqlənmədiyi kimi Əliyevlərin şəxsiyyətinə pərəstiş də başqa diktatorlara münasibətdən fərqlənmir.Heydər Əliyevin ad günlərinin təmtəraqla keçirilməsi, hər addımda ata-oğul Əliyevlərin portretlərinin asılması, küçə, park, mərkəzlərə Heydər Əliyevin adının verilməsi, onun şəninə şeirlər yazılması, mahnılar bəstələnməsi, hər rayonda, kənddə muzeylərinin açılması, heykəllərinin qoyulması, ildə bir neçə dəfə onun adı ilə bağlı bayramların təşkili Azərbaycanda diktatora pərəstişin bariz nümunəsidir. Avtoritar rejimlərin hökm sürdüyü digər ölkələrə baxanda da oxşar vəziyyəti görmək olur.